G Ə N C Ə   V K

Loading

Klub azarkeşlərini hər zaman birlikdə güclü olmağa çağırır: “Sənin dəstəyin bizim üçün böyük motivasiyadır – gəlin, qələbələrə birlikdə imza ataq!”

Gündəm

Milli arenada uğur
  • 14 Sentyabr 2026
  • 15:57
  • 25

Milli arenada uğur

"Gəncə" VK-nın rəhbərliyi Avropa çempionatında Azərbaycan milli komandasının heyətində çıxış etmiş klubun voleybolçuları Nərminə Musayeva və Ülkər Kərimova ilə görüşüb.

Görüş zamanı idmançıların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri və milli komandanın uğurlarına verdikləri töhfə yüksək qiymətləndirilib. "Gəncə" VK-nın prezidenti Elvar Osmanov voleybolçulara göstərdikləri əzm və peşəkarlığa görə minnətdarlığını bildirərək onlara "Təşəkkürnamə" təqdim edib.

Klub prezidenti yeni mövsümdə Nərminə Musayeva və Ülkər Kərimovaya uğurlar arzulayıb, onların həm milli komandada, həm də "Gəncə" VK-nın heyətində yeni nailiyyətlər qazanacaqlarına inandığını vurğulayıb.

Sosiyal şəbəkələrdə paylaşın