Phone: +994 70 205 0506
image

GƏNCƏ VOLEYBOL KLUBU — İNKİŞAFIN, PEŞƏKARLIĞIN VƏ İLHAMIN ÜNVANI


Gəncə Voleybol Klubu 2023-cü ildə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə qurulmuşdur. Yarandığı gündən etibarən klub ölkədə voleybolun inkişafına töhfə verməyi, yeni idmançılar yetişdirməyi və peşəkar idman mədəniyyətini yaymağı qarşısına məqsəd qoymuşdur.


Klub özündə həm qadın voleybol komandalarını, həm də müxtəlif yaş kateqoriyalarında fəaliyyət göstərən gənclər və yeniyetmələrdən ibarət komandaları birləşdirir. İdarəetmə sistemində müasir yanaşmalar və peşəkarlıq ön plandadır. Komandamızın heyəti mərhələli şəkildə yerli istedadlarla yanaşı, beynəlxalq təcrübəyə malik oyunçularla da gücləndirilir.


Gəncə VK son illərdə uğurlu nəticələrlə yadda qalıb. 2024-cü ildə çimərlik voleybolu üzrə respublika çempionatında uğurla çıxış edən klub, 2024–2025 mövsümündə qadın voleybolçular arasında keçirilən Azərbaycan Kubokunda gümüş, 2025-ci ildə isə qar voleybolu üzrə ölkə çempionatında bürünc medal qazanaraq adını ölkə voleybol tarixinə yazdırmışdır.


Lakin klubun missiyası yalnız idman nəticələri ilə məhdudlaşmır. Gəncə Voleybol Klubu eyni zamanda sosial təşəbbüslərə də böyük önəm verir — gənclərin sağlam həyat tərzinə təşviqi, idmanın kütləviliyinin artırılması və yerli icmada aktiv həyat tərzinin təbliği klubun əsas dəyərlərindəndir.


Biz inanırıq ki, voleybol təkcə bir oyun deyil — bu, bir həyat tərzidir, komanda ruhudur, mübarizə və zəfər yoludur. Gəncə VK bu ruhu hər gün yaşadır və gələcək nəsillərə ötürür.