G Ə N C Ə   V K

Loading

Nullam dignissim, ante scelerisque the is euismod fermentum odio sem semper the is erat, a feugiat leo urna eget eros. Duis Aenean a imperdiet risus.

Gündəm

Gəncə İdman Sarayında könüllülərlə görüş olub
  • 04 Sentyabr 2026
  • 22:50
  • 14

Gəncə İdman Sarayında könüllülərlə görüş olub

“Gəncə” VK tərəfindən elan edilmiş könüllülərin qeydiyyatı prosesi başa çatdıqdan sonra Gəncə İdman Sarayında könüllülərlə görüş keçirilib.

Görüşdə qeydiyyatdan keçmiş könüllülərin bir qrupu iştirak edib. Görüş zamanı "Gəncə" VK-nın icraçı direktoru İbrahim Qarayev gənclərə klubun fəaliyyəti, qazandığı uğurlar və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib, həmçinin qarşıdakı dövr üçün planları diqqətə çatdırıb.

Könüllülərlə aparılan söhbət zamanı onların təhsil aldıqları ali təhsil müəssisələri, xarici dil bilikləri, müxtəlif istiqamətlər üzrə bacarıqları və bu sahədəki fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, klubun təşkilatçılığı ilə qarşıdakı dövrdə keçiriləcək tədbirlər və könüllülərin həmin proseslərdə iştirakı ilə bağlı məlumat verilib.

Görüş çərçivəsində könüllülərin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə ilkin olaraq qrup rəhbərləri də müəyyənləşdirilib.

Sonda könüllülər Gəncə İdman Sarayında yaradılmış müasir infrastrukturla tanış olub, idman qurğuları və digər imkanlar barədə məlumat əldə ediblər.


Sosiyal şəbəkələrdə paylaşın