G Ə N C Ə   V K

Loading

Nullam dignissim, ante scelerisque the is euismod fermentum odio sem semper the is erat, a feugiat leo urna eget eros. Duis Aenean a imperdiet risus.

Gündəm

Region məktəbləri arasında voleybol yarışının finalçıları bəlli oldu
  • 10 İyun 2026
  • 18:51
  • 85

Region məktəbləri arasında voleybol yarışının finalçıları bəlli oldu

Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Gəncə VK-nın təşkilatçılığı ilə region məktəbləri arasında voleybol yarışı təşkil olunub. Gəncə, Samux, Naftalan, Göygöl, Daşkəsən və Göranboy regionlarını əhatə edən yarış üç mərhələdən ibarət keçirilib.
Tədbirin açılış mərasimində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin bədən tərbiyəsi üzrə metodisti Fəzail Poladov, "Gəncə" VK-nın idman direktoru İbrahim Qarayev və klubun köməkçi məşqçisi Xanlar Ələkbərov çıxış ediblər və iştirakçılara uğurlar arzulayıblar.
Birinci mərhələdə məktəbdaxili seçim turları baş tutmuş, ikinci mərhələdə isə məktəblərarası qarşılaşmalar keçirilib. Üçüncü mərhələdə isə region üzrə ən güclü komandalar – 9 qız və 10 oğlan komandası mübarizəni davam etdirib.
Ümumilikdə yarışların final mərhələsində 5 sektor üzrə 220 şagird qatılıb. Bu gün keçirilən oyunların nəticəsinə əsasən finala qızlar arasında Gəncə–Daşkəsən, oğlanlar arasında isə Samux–Goranboy komandaları vəsiqə qazanıblar.
Qeyd edək ki, həlledici final oyunu Gəncə İdman Sarayında keçiriləcək və oyundan sonra qaliblər mükafatlandırılacaqlar.


Sosiyal şəbəkələrdə paylaşın