G Ə N C Ə   V K

Loading

Klub azarkeşlərini hər zaman birlikdə güclü olmağa çağırır: “Sənin dəstəyin bizim üçün böyük motivasiyadır – gəlin, qələbələrə birlikdə imza ataq!”

Gündəm

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 14 May 2026
  • 13:31
  • 182

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb


Sənədi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Gəncə Voleybol Klubunun prezidenti Elvar Osmanov imzalayıblar.

Memorandumun məqsədi region məktəblərində voleybolun inkişaf etdirilməsi, şagirdlər arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və perspektivli idmançıların aşkar olunaraq inkişaf proqramlarına cəlb edilməsidir.

Əməkdaşlıq çərçivəsində məktəblərdə voleybol dərnəklərinin yaradılması, seleksiya proqramlarının təşkili, məktəblərarası turnir və çempionatların keçirilməsi, eləcə də maarifləndirici layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanan memorandumun region məktəblərində idman fəaliyyətinin genişləndirilməsinə, şagirdlərin asudə vaxtının səmərəli təşkilinə və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verəcəyi gözlənilir.

Memorandum 3 il müddətində qüvvədə olacaq.

Sosiyal şəbəkələrdə paylaşın