G Ə N C Ə   V K

Loading

Klub azarkeşlərini hər zaman birlikdə güclü olmağa çağırır: “Sənin dəstəyin bizim üçün böyük motivasiyadır – gəlin, qələbələrə birlikdə imza ataq!”

Gündəm

"Gəncə" VK yeni sponsorluq müqaviləsi imzalayıb
  • 01 Sentyabr 2026
  • 18:46
  • 26

"Gəncə" VK yeni sponsorluq müqaviləsi imzalayıb

“Gəncə” VK ilə “Gədəbəy Mineral Suları” MMC arasında klubun fəaliyyətinin və rəsmi oyunlarının dəstəklənməsini nəzərdə tutan sponsorluq müqaviləsi imzalanıb.

Müqaviləni "Gəncə" VK-nın prezidenti Elvar Osmanov və “Gədəbəy Mineral Suları” MMC-nin direktoru Ramil Fərzəliyev imzalayıblar. Müqaviləyə əsasən, “Gədəbəy Mineral Suları” MMC tərəfindən “Gəncə” VK-nın məşq prosesləri, rəsmi oyunları və tədbirləri üçün su təqdim ediləcək.

Razılaşmaya əsasən, sponsor tərəfindən təqdim olunan məhsulların klubun məşq və oyun proseslərində istifadəsi təmin ediləcək. Eyni zamanda, “Gədəbəy Mineral Suları” MMC-nin loqosunun klubun reklam lövhələrində, sosial media paylaşımlarında və oyunçuların geyim formalarında nümayiş etdirilməsi nəzərdə tutulur.

Müqavilə 1 il müddətində qüvvədə olacaq və tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər. “Gəncə” VK “Gədəbəy Mineral Suları” MMC-yə əməkdaşlığa və kluba göstərdiyi dəstəyə görə təşəkkür edir, tərəfdaşlığın hər iki tərəf üçün uğurlu və uzunmüddətli olacağına inanır.

Sosiyal şəbəkələrdə paylaşın