“Gəncə” voleybol klubunun kapitanı dəyişib.

Gəncə təmsilçisini Azərbaycan Yüksək Liqasının oyunlarına millimizin üzvü Leyla Parşkova çıxaracaq.

Daha əvvəl komandanın kapitanı yığmamızın digər üzvü Nərmin Fərəcova idi. Bir neçə gün əvvəl voleybolçu klub ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” daha əvvəl braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova, Anna Dmitrieva və Vitalina Andreyanenkovanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.