G Ə N C Ə   V K

Loading

Nullam dignissim, ante scelerisque the is euismod fermentum odio sem semper the is erat, a feugiat leo urna eget eros. Duis Aenean a imperdiet risus.

Qar üstü voleybol

Qar voleybolu – qarlı meydançada oynanılan qış idman növü. Çimərlik voleybolunun variantı kimi yaranmışdır.
Qar voleybolu çimərlik voleybolunun variantı kimi yaranmışdır. Oyunun ixtiraçısı Martin Kasvurm hesab olunur: o, Avstriyada yerləşən restoranının yanında qarlı voleybol meydançası yaratmış və çimərlik voleybolundan fərqlənmək üçün bir sıra yeni qaydalar qoymuşdur. Yeni idman növü, xüsusilə, 2008-ci ildə Avstriyanın Vaqrayn qəsəbəsində populyar olmuş və Avstriya Voleybol Federasiyası 2011-ci ildə qar voleybolunu rəsmi idman növü kimi tanımışdır.

Qaydalar

Meydança və təchizat
Qar voleybolu dördbucaqlı formasında olan, qarlı meydançada oynanılır. Meydançanın uzunluğu 16 metr, eni isə 8 metrdir. Qarın hündürlüyü ən az 30 santimetr olmalıdır. Meydançada oyunçuları yaralaya biləcək daşlar və digər manelər olmamalıdır. Torun hündürlüyü kişilərin yarışında 2,43 metr, qadınların yarışında 2,24 metrdir. Tor 8,5 metr uzunluğunda və 1 metr enindədir. Top sferikdir, nəm keçirməyən materialdan hazırlanır. Topun diametri 66–68 santimetr, çəkisi 260–280 qramdır.

Komanda tərkibi və oyun
Hər komanda 3 oyunçudan və 1 ehtiyat oyunçudan ibarətdir. Məşqçi oyun zamanı oyunçuları təlimatlandıra bilməz. Oyunçulardan biri kapitan funksiyasını yerinə yetirir. Hər komanda maksimum 2 dəfə əvəzetmədən istifadə edə bilər.

Xal oyunçu topu rəqibin meydançasına endirəndə, rəqib komanda topu çölə vuranda və ya rəqib komanda qaydanı pozanda qazanılır. 15 xala ilk çatan komanda seti udmuş sayılır. 14–14 hesablıq vəziyyətdə oyun bir komandanın 2 xal önə keçməsinə qədər davam edir. İki seti udan komanda oyunun qalibi olur. Setlər arasında fasilə 1 dəqiqə davam edir. Hər setdə 5 xaldan bir komandalar meydançada yerlərini dəyişirlər.