Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini daha 3 legioner ilə gücləndirib.

Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək komanda üç rusiyalı voleybolçu – Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova ilə müqavilə imzalayıb.

Hər üç voleybolçu ilə sözləşmənin müddəti birillikdir.

Yuliya Tyuşeva son olaraq Rusiyanın “Voronej”, A.Balberova “Derjava”, A.Qotselyuk isə “Murom” klublarında çıxış ediblər.

Komanda daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı oyunçu Fernanda Melo, Serbiya voleybolçusu Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında mübarizə aparacaq.