"GƏNCƏ" Voleybol Klubu

3 yer

“AzerGold” “Gəncə” klubuna dəstəyini davam etdirir
“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyev, Daşkəsən rayon icra hakimiyyətinin başçısı Orxan Abbasov və Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov Gəncə-Daşkəsən regionunu voleybol üzrə Azərbaycan yüksək liqasında təmsil edən “Gəncə” Voleybol Klubunun təlim-məşq bazasını ziyarət ediblər.

Qonaqlar Gəncə İdman Sarayında Səhmdar Cəmiyyətinin baş sponsoru olduğu klubun komanda üzvləri və məşqçiləri ilə görüşüb, məşq prosesini izləyiblər.

Daha sonra klubun gələcək planları, ehtiyacları, heyətin gücləndirilməsi istiqamətində atılacaq addımlar barədə geniş fikir mübadiləsi aparılıb. Qonaqlar qar voleybolu üzrə Azərbaycan kubokunun qalibi olan klubun cari çempionatda da yüksək nailiyyətlər əldə edəcəyinə inandıqlarını bildirərək, komandaya uğurlar arzulayıblar.

Qar voleybolu üzrə Ölkə Kubokun sahibi — "Gəncə" VK
Qar voleybolu üzrə ölkə kubokunun qalibi olmuş “Gəncə” VK-nın Gəncə İdman Sarayında qarşılanma mərasimi keçirilib.

Mərasimdə “Gəncə” VK-nın prezidenti Elvar Osmanov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Ramil Qasımov və əncə Şəhər 2 saylı Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru Asif Həsənov iştirak ediblər.

Qalib komandanın üzvlərinə çələng və gül dəstələri təqdim olunub. Komandanın əldə etdiyi nailiyyət yüksək qiymətləndirilib.

Birlikdə yeni uğurlara doğru!

Təbrik edirik!
Yarışın ilk günündə - yanvarın 24-də komandamız “Qaraqaya” (Tovuz) və “Milli-2” komandalarını 2:0 hesabı ilə məğlub edib. İkinci yarış günü - yanvarın 25-də "Gəncə" VK "Milli" və "Azərreyl" komandaları ilə üz-üzə gəlib. Hər iki oyun "Gəncə" VK-nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bütün görüşlərini qələbə ilə başa vuran "Gəncə" VK ölkə kubokunun qalibi adını qazanıb.

Rafael Petry: İndiyədək əldə etdiyimiz nəticələrlə qürur duyuruq
"Gəncə" VK-nın baş məşqçisi Rafael Petry klubun mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik.
- 2025-ci ili qələbə ilə başa vurmaq komandanın özünəinamına necə təsir etdi?

- 2025-ci ili müsbət nəticələrlə başa vurmaq bizim üçün son dərəcə önəmlidir. Hər bir qələbə məşqlərdə çəkilən zəhmətin təsdiqi olmaqla yanaşı, kollektivin mənəvi ruhunu gücləndirir və final mərhələsində əsas rəqiblərlə mübarizəyə hazır olduğumuzu göstərir.

- 2026-cı il üçün əsas hədəflərinizi hansı istiqamətlərdə müəyyənləşdirmisiniz?

- 2026-cı ildə əsas diqqətimiz sabitlik və texniki inkişaf üzərində cəmlənəcək. Məqsədimiz turnir cədvəlinin yuxarı pillələrində mövqeyimizi möhkəmləndirmək, növbəti mərhələyə keçidi təmin etməkdir. Eyni zamanda, çempionluq hədəfini daim diqqətdə saxlamaqdır.

- Yeni ildən komandanın oyun üslubunda hər hansı dəyişiklik nəzərdə tutulubmu?

- Biz həmişə heyət və oyunun detallarının təkmilləşdirilməsi ilə məşğuluq. İlk oyunlarda müəyyən etdiyimiz taktiki çatışmazlıqları aradan qaldıraraq kollektiv performansı optimallaşdırmaq və mövsümün ikinci yarısında isə daha aqressiv və effektiv oyun nümayiş etdirmək niyyətindəyik.

- Cari mövsümdə “Gəncə” VK-nın çıxışı sizi qane edirmi?

- İndiyədək əldə etdiyimiz nəticələrlə qürur duyuruq. Altı oyunda qazanılan üç qələbə komandamızın yüksək rəqabət qabiliyyətinə malik olduğunu göstərir. Biz hər zaman qalibiyyətə can atırıq, lakin idmançılarımızın göstərdiyi əzm və səyləri də yüksək qiymətləndirirəm. Komandanın inkişafını görmək və daha da irəliləmək potensialına sahib olduğumuzu bilmək məmnunluq yaradır.

- Yeni il münasibətilə oyunçularınıza və azarkeşlərinizə nə arzulamaq istərdiniz?

- Bütün idmançılarımıza, texniki heyətə və azarkeşlərimizə sağlamlıq, harmoniya, xoşbəxtlik və inkişafla dolu bir Yeni il arzulayıram. Qoy 2026-cı il böyük uğurlar, əlbəttə ki, çoxsaylı qələbələrlə yadda qalsın. Çünki klubumuz, azarkeşlərimiz və Gəncə şəhəri ən yaxşısına layiqdir. Birlikdə çempionluq yolunda irəliləyirik.

Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib
Bu gün qadın voleybolçular arasında 2025-2026-cı illər mövsümündə Yüksək Liqada ilk qarşılaşma keçirilib.

Çempionatın açılış oyunu Gəncə şəhərində “Gəncə” və “AZERRAIL” komandaları arasında baş tutub. Gəncə İdman Sarayında təşkil olunan qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub. “AZERRAIL” komandası oyunu 3:2 hesabı ilə qalib başa vurub.

Turun növbəti oyunu oktyabrın 15-də UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında baş tutacaq. I turun “DH Volley” - “Abşeron” və “Gənclər” - “Murov Az Terminal” qarşılaşmaları Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunların keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, reqlamentə görə, çempionat iki mərhələdən ibarət olacaq - liqa (ilkin) mərhələsi və pley-off. Liqa mərhələsi dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

“Gəncə” VK-da müasir yanaşma
Qadın voleybolçulardan ibarət "Gəncə" klubunun prezidenti Elvar Osmanov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Komandanız yeni mövsümə necə hazırlaşır?

- “Gəncə” voleybol klubunu müasir yanaşma ilə məqsədyönlü formalaşdırmışıq. Heyətimizə yeni oyunçular transfer etmişik. İstəyirik ki, medalımız olsun. Keçən il komandamız Azərbaycan Kubokunun gümüş mükafatçısı oldu. Qar voleybolunda isə üçüncü yeri tutduq. Amma əsas məqsədimiz Azərbaycan çempionatında medal qazanmaq idi. Təəssüf ki, medalımız olmadı, amma bu, bizi daha da gücləndirir. Ötən mövsümə çox yaxşı hazırlaşmışdıq. Müəyyən səbəblərə görə 4-cü yeri tuta bildik. İnanıram ki, bu mövsüm ən yaxşı çıxışımızı göstərəcəyik. İkiqat Olimpiya iştirakçısı, Asiya Oyunlarının qalibi keniyalı Şeron Çepçumbanı transfer etmişik. Bu il həm Azərbaycan voleybolunda, həm də Gəncəmizdə uğurlarımız olsun, maraqlı oyunlar izləyək. Yaxşı oyun göstərəcəyimizə inanırıq. Bilirsiniz ki, artıq komanda sayı artıb. Çalışacağıq ki, Gəncənin adını həm bölgədə, həm də ölkə miqyasında layiqincə təmsil edək.

- Heyətdə Gəncə voleybol məktəbinin yetirməsini görürük. Bu sahədə başqa hansı işlər aparılır?

- “Gəncə” Regional Voleybol Klubu tərəfindən bu sahədə böyük və yüksək səviyyədə işlər aparılır. Bildiyimiz kimi, Azərbaycan Voleybol Federasiyasının ən böyük planlarından biri də bölgələrdə bu idman növünün inkişafını təmin etməkdir. Artıq 9 regional klub fəaliyyət göstərir. Bu klublar regionda ciddi işlər görür və uğurlar qazanır. Daşkəsən regionu bu il uşaqlar arasında Azərbaycan çempionu oldu. İlk dəfə idi ki, uşaqlar arasında ölkə çempionatı keçirilirdi.

- Gəncədə hazırda voleybola maraq necədir?

- Artıq görürlər ki, böyük komanda formalaşıb və inkişaf edir. Ona görə də valideynlər övladlarını bu idman növünə yönəldirlər. Məncə, qızlar üçün ən yaxşı idman növü məhz voleyboldur. Bildiyiniz kimi, Çində də buna bənzər yanaşma var — idman edən xanımlarda bədxassəli xəstəliklərə rast gəlinmir. Üç idman növü var ki, onlarla məşğul olan xanımlar xərçəng xəstəliyinə tutulmurlar. Bunlar voleybol, üzgüçülük və velosiped idmanıdır. Voleybol həm qadınların inkişafına, həm də milli dəyərlərə xidmət edən növlərdən biridir.

- “Gəncə”nin bu mövsüm liqadakı əsas rəqibi kim olacaq?

- Bu il bütün komandalar güclüdür. Zəif komanda demək olar ki, yoxdur. Kimin zəif və güclü olduğunu meydanda görəcəyik.

- Azərbaycan voleybolunun hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Azərbaycan voleybolunda inkişaf nəzərə çarpır. Uşaq voleybolu yalnız paytaxtda deyil, regionlarda da inkişaf edir. Həm qızlar, həm oğlanlar arasında bu idman növünə maraq böyükdür. Federasiyanın da tapşırığı əsasında regionlarda seleksiya işləri aparılır.

Mənbə - AZƏRTAC

Birlikdə yeni uğurlara doğru!

Milli Yaylaq Festivalı keçirilmiıdir
Milli Yaylaq Festivalı çərçivəsində “Gəncə” VK ilə Gəncə RVK arasında yoldaşlıq oyunu təşkil olunub. Oyun festival iştirakçıları üçün əsl idman bayramına çevrilib. Voleybolçuların sərgilədiyi peşəkarlıq və maraqlı anlarla zəngin qarşılaşma tamaşaçıların böyük diqqətini cəlb edib.

Azarkeşlər oyunu böyük maraq və alqışlarla izləyiblər. Həm idmançıların yüksək hazırlığı, həm də komanda ruhunun nümayişi festivalın əhval-ruhiyyəsinə xüsusi rəng qatıb.

Birlikdə yeni uğurlara doğru!

“Gəncə” VK-nın yeni baş məşqçisi müəyyənləşib
“Gəncə” VK-nın yeni baş məşqçisi müəyyənləşib. Komandamız braziliyalı mütəxəssis Rafael Petry ilə bir mövsümlük müqavilə imzalayıb. 44 yaşlı çalışdırıcı 23 illik təcrübəyə malikdir. O, 2023/2024-cü il mövsümündə Peru təmsilçisi “Alianza Lima” klubunu ölkə çempionu edib. Bu, klubun 31 ildən sonra qazandığı ilk çempionluq olub.

Rafael Petry karyerası ərzində Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiyada müxtəlif klublara başçılıq edib.

O, Kolumbiyanın U-17, U-18 və U-20 milli komandalarına da rəhbərlik edib. 2020–2022-ci illərdə isə Meksika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Birlikdə yeni uğurlara doğru!

“Gəncə” VK yeni fiziki hazırlığı məşqçi ilə müqavilə imzalayıb
Argentinalı mütəxəssis Julian Karlos Giraldezlə bir mövsümlük müqaviləyə imza atılıb. Mütəxəssis Argentinanın “Gimnasia y Esgrima La Plata” və “Estudiantes de La Plata” komandalarında çalışıb.

Birlikdə yeni uğurlara doğru!