Transfer çalışmalarını davam etdirən “Gəncə” komandası heyətini daha bir voleybolçu ilə gücləndirib.
Komandamız braziliyalı voleybolçu Kerolayn Ferreira Perotto ilə 1 illik müqavilə imzalayıb.
Ötən mövsümü İsveçin “Hytle Halmstad” komandasında keçirən oyunçu Tunisdə “Esperance Sportiv”, CSS, Peruda “Circolo” klublarının şərəfini qoruyub. Ölkəsində isə “Brasilia Volei”, UPIS, “Pinheiros” və “ADC Bradesco” komandalarının uğurları üçün çalışıb.