27 Sentyabr – Anım Günü ilə bağlı “Gəncə” voleybol klubunun rəhbərliyi, oyunçular, məşqçi heyəti və əməkdaşlar Gəncədəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər güllər düzülüb.

Sentyabrın 27-si tariximizə həm kədərli, həm qürurlu an kimi həkk olunub. Düz üç il bundan əvvəl 44 günlük Zəfər yoluna məhz bu gün ilk addımlar atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırdılar. Azərbaycan xalqı şanlı Zəfər yolunda 2900-dən çox övladını qurban verdi. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.