Yeni mövsümə hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət “Gəncə” klubu növbəti məşqini keçib.
Gəncədə təşkil olunan hazırlıq prosesində komanda tam heyətlə iştirak edir. Belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərlik etdiyi hazırlıq prosesinə Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova qatılıblar.